Who are we?
Croplast 27 may 2003-cü il tarixində istismara verilib. Texniki avadanlıq İtaliyada istehsal olunub və qabaqcıl Avropa standartlarına tam uyğundur. Avadanlıqların təchizatçısı «Merloni Progetti» şirkətidir. Milan şəhəri, İtaliya. Boruların istehsalı zavodu iki texnoloji ekstruziya xəttindən və boruları birləşdirən elementləri (fitinqləri) istehsal edən avadanlıqdan ibarətdir. Zavodda həmçinin boruların qaynağı üçün qaynaq qurğuları, tullantıların təkrar emalı üçün avadanlıq, xammal və hazır məhsulların sınaqdan keçirilməsi üçün laboratoriya mövcuddur. Zavodun laboratoriyası texniki tələblərə uyğun olaraq istifadə olunan xammalın keyfiyyətinə nəzarət üçün tələb olunan sınaqlar keçirə bilər. Borular əla növ PE-100 markalı aşağı təzyiqli ilkin yüksək polietilendən hazırlanır və 20 atmosferə qədər təzyiqə hesablanıb. Polietilen boruların əsas üstünlüklərinə istismar zamanı nəql olunan mühit növlərinin korroziyaya dayanıqlılığını və daxili səthin hamarlığını aid etmək olar. Bunun sayəsində onlarda yaranan sürtünmə itkisi polad və çuqun borularından 30% aşağıdır. Boruların istismarına 50 illik zəmanət verilir.